AZ   EN   RU  

Dişlərin vəziyyətinin pozulması və anomaliyası, bunların müalicəsi ilə məşğul olan stomatologiya bölməsidir. Dişlərin düzgün formalaşması yalnız estetik müalicə deyil, bu həm də dişlərin və çənənin müxtəlif xəstəliklərə qarşı  inkişafının qarşısının alınmasıdır. Əvvəllər hesab edilirdi ki, belə müalicə yalnız diş-çənə sisteminin formalaşması dövründə aparıla bilər, yəni uşaq və yeniyetmə yaşlarda. Hazırda yeni ortodontik konstruksiyalar, yalnız uşaqlarda deyil, həm də böyüklərdə də yaxşı nəticələrlə korreksiyalara imkan verir.

Ortodontiyada yüksək texnologiyaların tətbiqi, həm  estetik, həm də funksional baxımdan müalicənin nəticələrinin yaxşılaşdırılmasına imkan yaratmışdır. Ortodontiyada əvvəllər tətbiq edilən çıxarıla bilən plastinkalar  kifayət qədər kobud və qeyri-dəqiq olduğuna görə müalicənin nəticələri də mübahisəli idi. Müasir texnikanın köməyi ilə dişlərin vəziyyətinin millimetrik dəqiqliklə düzəldilməsi mümkün olub.